Ölkə

Bank VTB polis əməkdaşları üçün xüsusi kredit kampaniyasına start verdi

2 İyul 2026 17:45
Baxış: 265
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Polis əməkdaşlarının peşə bayramı münasibətilə Bank VTB xüsusi kredit kampaniyasına start verib. Kampaniya çərçivəsində polis əməkdaşları sərfəli şərtlərlə istehlak krediti əldə etmək imkanı qazanırlar.

Təklifə əsasən, polis əməkdaşları əmək haqlarının 25 mislinədək maksimum 50.000 AZN istehlak kreditini komissiyasız, zaminsiz, 59 ayadək müddətlə və illik 9.9%-dən başlayan endirilmiş faiz dərəcəsi ilə rəsmiləşdirə bilərlər.

Bank VTB tərəfindən təqdim olunan bu kampaniya polis əməkdaşlarının maliyyə ehtiyaclarını daha əlverişli şərtlərlə qarşılamağa imkan yaradır və peşə bayramı münasibətilə onlar üçün hazırlanmış xüsusi təklifdir.

Kampaniya 9 iyul tarixi daxil olmaqla qüvvədədir. Bu müddət ərzində polis əməkdaşları sərfəli kredit şərtlərindən yararlanmaq üçün Bank VTB-yə müraciət edə bilərlər.

Kampaniya haqqında daha ətraflı məlumat almaq üçün 986 qısa nömrəsinə zəng edə və ya Bank VTB-nin filiallarına yaxınlaşa bilərsiniz.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.