İdman

Zamiq Əliyevin ölkədən çıxışına qadağa qoyuldu, klubu cərimələdi

2 İyul 2026 18:26
Baxış: 400
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Albaniyanın "Eqnatiya" klubunda forma geyinən Zamiq Əliyev çətin vəziyyətlə üzləşib.

Milli.Az İdmanxeber.az-a istinadən xəbər verir ki, müdafiəçi ötən mövsüm başa çatdıqdan sonra ölkəyə qayıtsa da, hazırda Azərbaycandan çıxa bilmir. Buna səbəb Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin çağırışı ilə oyunçunun ölkədən çıxışına qadağa qoyulmasıdır. İyunun 8-də Z.Əliyev komandasının yay toplanışına yollanmaq istəsə də, hava limanından geri qaytarılıb.

Bunun ardından Albaniya klubu müdafiəçinin adını Çempionlar Liqası iştirak ərizəsindən çıxarıb və məşqlərə qatılmadığı üçün oyunçunu 5 min avro cərimələyib.

"Eqnatiya" ən qısa vaxtda futbolçunun düşərgəyə qayıtmasanı tələb edir. Əks təqdirdə Albaniya klubu Əliyevin müqaviləsinə xitam verəcəyini oyunçunun menecerinə bildirib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.