Ceyhun Bayramov BMT-nin xüsusi elçisi ilə görüşüb (Foto)
İyulun 2-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan BMT Baş katibinin yol təhlükəsizliyi üzrə xüsusi elçisi Jan Todt ilə görüşüb.
Bu barədə Milli.Az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüş zamanı, Azərbaycan ilə BMT arasında mövcud əməkdaşlıq gündəliyi, yol təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlıq məsələləri, habelə bu istiqamətdə qlobal təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov ölkəmizin Dayanıqlı İnkişaf Məqsədlərinin icrası, təhlükəsiz, dayanıqlı və müasir nəqliyyat sisteminin inkişafı, eləcə də yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirdiyi ardıcıl islahatlar barədə məlumat verib. Bu çərçivədə, nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, rəqəmsal həllərin tətbiqi və yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi sahəsində görülən işlər vurğulanıb. Nazir həmçinin bütün ölkə ərazisində, xüsusilə də işğaldan azad edilmiş ərazilərimizdə yüksək səvuyyəli yol və infrastruktur layihələrinin həyata keçirildiyini diqqətə çatdırıb.
Jan Todt BMT Baş katibinin xüsusi elçisi qismində həyata keçirilən fəaliyyət, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verib. O, Azərbaycanın yol təhlükəsizliyi sahəsində həyata keçirdiyi tədbirləri və əldə olunan irəliləyişi yüksək qiymətləndirib, bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ceyhun Bayramov BMT-nin xüsusi elçisi ilə görüşüb (Foto)
-
Səhiyyə nazirinin müavinlərinin sayı artırıldı
-
Alen Simonyan deputat mandatından imtina etdi
-
Tramp 1000 nəfərlə Türkiyəyə gəlir: Limuzinini, helikopterini də gətirəcək
-
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib - (Foto) (Video)
-
Ursula Fon der Lyayenin Azərbaycana səfəri başa çatıb - (Foto)
XƏBƏR LENTİ
-
Zelenski: Rusiya mütləq cavab alacaq
-
Makretskis Türkiyə klubunu yox, “Qarabağ”ı seçdi
-
Qazaxda çayda batan yeniyetmə xilas edilib
-
Xameneinin dəfnində Azərbaycandan iştirak edəcək rəsmilər açıqlandı
-
"Müctəba Xamenei atasının dəfnində iştirak etməyəcək"
-
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
-
Güclü geomaqnit qasırğası olacaq
-
Sabunçuda ağıq qəza - ölən və yaralanan var
-
Paşinyan: Azərbaycan sərhədindən Türkiyəyədək uzanan magistralın açılması üçün iş aparılır
-
Zamiq Əliyevin ölkədən çıxışına qadağa qoyuldu, klubu cərimələdi
-
Dünyanın ən təhlükəsiz şəhərlərinin reytinqi açıqlanıb
-
II Opera Günləri layihəsi “Otello” operasının möhtəşəm premyerası ilə təntənəli şəkildə başa çatdı - (Foto)
-
Böyük Britaniyada nəm salfetlərin satışı qadağan olunur
-
Azərbaycan HHQ komandanı Türkiyədə "Anadolu Qartalı - 2026" təlimində iştirak edib (Foto)
-
Ceyhun Bayramov BMT-nin xüsusi elçisi ilə görüşüb (Foto)
-
"Neftçi"nin keçmiş futbolçusu Yaponiya millisinin baş məşqçisi olmaq istəyir
-
Bank VTB polis əməkdaşları üçün xüsusi kredit kampaniyasına start verdi
-
Məşhur klinika qüsurlu əməliyyata görə pasiyentə təzminat ödəyəcək - (Foto)
-
Bu qidalar qocalmanı sürətləndirir
-
Aydan Fərəcova spikerə köməkçi təyin edildi - (Foto)
-
Fəxriyyə Xələfova Azərbaycan xalça sənətindən ilhamlanan kolleksiyasını təqdim edib - (Foto)
-
Türkiyədə genişmiqyaslı əməliyyat: 307 nəfər saxlanıldı
-
"Əməliyyat, dolğu və qaynaq etdirən xanımlar “yamaqlı gözəllər”dir" - (Video)
-
“Hamısı qan qusacaq” – Arzumun atası





