Çimərlikdə günvurmadan qorunmaq üçün ən təhlükəsiz saatlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Çimərlik mövsümündə günvurmadan və günəşin zərərli təsirlərindən qorunmaq üçün insanlar günəş şüalarının daha zəif olduğu saatlarda dənizə getməlidirlər".
Milli.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev səsləndirib.
Onun sözlərinə görə, dənizə getmək üçün ən təhlükəsiz vaxt səhər saat 08:00-11:00 və axşam 16:00-19:00 aralığı hesab olunur. Xüsusilə saat 11:00-16:00 arasında ultrabənövşəyi (UV) şüalarının intensivliyi ən yüksək səviyyədə olur. Bu saatlarda uzun müddət birbaşa günəş altında qalmaq günvurma, günəş yanığı və uzunmüddətli dəri zədələnmələri riskini əhəmiyyətli dərəcədə artırır:
"Çimərlikdə olarkən kölgədə istirahət etmək, kifayət qədər maye qəbul etmək, açıq rəngli, yüngül və nəfəsalan geyimlər seçmək, enli kənarlı papaq və UV qoruyuculu gün eynəyindən istifadə etmək vacibdir. Həmçinin, SPF 30 və ya daha yüksək qoruma dərəcəsinə malik günəşdən qoruyucu krem çimərliyə çıxmazdan təxminən 20-30 dəqiqə əvvəl dəriyə çəkilməli, hər iki saatdan bir, eləcə də üzgüçülükdən sonra yenidən tətbiq edilməlidir".
Z.Quliyev vurğulayıb ki, uşaqlar, yaşlılar, hamilə qadınlar və ürək-damar xəstəlikləri olan şəxslər günün ən isti saatlarında birbaşa günəş altında qalmaqdan maksimum dərəcədə çəkinməlidirlər.
"Bu sadə qaydalara əməl olunması günvurma riskini əhəmiyyətli dərəcədə azaldır və yay mövsümünün daha təhlükəsiz keçirilməsinə kömək edir", - deyə mütəxəssis əlavə edib.
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Gündəlik qəhvə içirsinizsə, bu məlumat sizi sevindirəcək
-
Xərçəngə qarşı vaksin hazırlanır: İlk sınaq uğurlu oldu
-
Uşağınız bu sözləri tez-tez deyirsə, diqqətli olun
-
Ən zərərli meyvə və giləmeyvələrin adları açıqlandı
-
Kivini qabığı ilə yeməyin bu faydaları varmış...
-
Bu peşələrdə çalışanların xərçəngdən ölüm riski daha yüksəkdir
XƏBƏR LENTİ
-
Gündəlik qəhvə içirsinizsə, bu məlumat sizi sevindirəcək
-
Ağcaqanadların sonu gəlir – Lazer silahı hazırlandı - (Foto)
-
Xərçəngə qarşı vaksin hazırlanır: İlk sınaq uğurlu oldu
-
Güclü zəlzələ zamanı yapon həkimlərin fədakarlığı gündəm oldu – (Video)
-
Həyatında yeni səhifə açacaq 4 bürc
-
Yenicə ailə quran Xananın əri ilə görüntüləri maraq doğurdu: Tanışlıq hekayəsini danışdı - (Video)
-
Pul və bolluğu necə cəlb etmək olar? - Numerologiyaya görə...
-
Bürcünüzün hansı gizli gücü var?
-
"Qarabağ" "Tvente"ni məğlub edib - (Video) - (Yenilənib)
-
Mahir Emreli "Rakuv"da növbəti qolunu vurub
-
"TikTok"da pul göndərmək mümkün olacaq
-
Bakı və Sumqayıtın bəzi ərazilərində işıq olmayacaq
-
Türk müğəninin 3-cü üçüncü qızı dünyaya gəldi (Foto)
-
Gürcüstanda hər 15 nəfərdən biri Azərbaycan dilində danışır
-
“Mançester Yunayted” 65 milyon funt sterlinqə oyunçu aldı
-
Xalq artistinin bloqer qızı yenicə doğulan qızı ilə - (Foto)
-
22 yaşlı fenomen motosiklet qəzasında öldü
-
Gürcüstanda azərbaycanlı merin qardaşı həbs edildi
-
Salyanda avtomobil aşıb, ana ölüb, əkiz oğulları xəsarət alıb
-
“Qarabağ” “Tvente”yə qarşı - Start heyətlər
-
AZAL təyyarə göyərtəsində POS-terminalla ödəniş imkanını istifadəyə verib
-
Mais Ağayev bu tv-yə rəhbər təyin olundu
-
Oteldə iş yoldaşını öldürən şəxsin cəzası bəlli oldu
-
Şahzadə Diananın qardaşı onun barəsində sensasion kitab yazdı: “Yalanları ifşa edəcəyəm”





