Sağlamlıq

Balqabaq və portağal şirəsi RESEPTİ

3 Oktyabr 2025 05:05
Baxış: 284
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Balqabaq şirəsini hazırlamaq çox asandır. Balqabaq təkcə şorba və ya şirin xəmirlərin hazırlanması üçün yaxşı inqrediyent deyil. Ondan dadlı və qidalı içki də alınır. Balqabaq şirəsi sitrus meyvələri ilə birləşdikdə həm böyüklərə, həm də uşaqlara xoş olacaq.

Milli.Az bu resepti təqdim edir:

Tərkibi 1,6 litr üçün: 1 kiloqram təmizlənmiş balqabaq, 1 litr su, 2 portağal, 200 qram şəkər, 2 xörək qaşığı limon şirəsi.

Hazırlanma qaydası

Balqabağı qabığından və toxumlarından təmizləyib kub şəklində doğrayın. Balqabağı qazana qoyun, 1,5 litr su əlavə edin. İki portağalı soyub kub şəklində doğrayın və balqabağın üzərinə əlavə edin. Kütləni odda qaynadın və qaynadıqdan sonra 20 dəqiqə bişirin.

Balqabaq-portağal qarışığını oddan götürüb blenderlə əzin. Sonra qarışığı süzgəcdən keçirib yenidən odda qoyun. Şəkər və limon şirəsini əlavə edin. Şirəni daha 20 dəqiqə bişirin.

Hazır isti şirəni sterilizə olunmuş bankalara tökün və sterilizə olunmuş qapaqlarla bağlayın.

Nuş olsun!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.