Kişilərin bir çoxu artıq çəkidən xilas olmaq istəyir, lakin pəhriz saxlamaq və ya idmanla məşğul olmaq fikrindən uzaq dururlar. Lakin bəzən həyat tərzindəki sadə vərdişlər belə arıqlama prosesinə mane olur.
Milli.Az xəbər verir ki, mütəxəssislər kişilərin çəki artımına səbəb olan gündəlik davranışları açıqlayıb.
1. Nə yediyinizə diqqət yetirin
Gün ərzində qəbul etdiyiniz bütün qidaların kalori dəyərini izləyin. Xüsusilə günorta yeməyi 500, axşam yeməyi isə 100-200 kalorini keçməməlidir.
2. Tələsik yemək kökəlməyə səbəb olur
Amerikalı alimlərin araşdırmalarına görə, sürətli yemək qidanın daha tez piyə çevrilməsinə səbəb olur. Yavaş-yavaş və sakit mühitdə yemək isə həm doyma hissini tezləşdirir, həm də həzmi asanlaşdırır.
Televizor qarşısında yemək və yatmaqdan çəkinin
Televiziya qarşısında yemək insanın daha çox qida qəbul etməsinə səbəb olur. Daha da təhlükəlisi isə yeməkdən sonra divanda uzanıb televiziya izləməkdir. Bu zaman həzm prosesi ləngiyir, qəbul edilən qida daha asanlıqla piyə çevrilir.
İstirahət günlərinə diqqət
Həftə içi aktiv həyat tərzi yediklərinizin bir hissəsini yandırmağa imkan verir. Lakin istirahət günləri hərəkətsizlik səbəbindən qəbul edilən qidalar sürətlə yağ formasında bədəndə toplanır.
5. Zərərli qəlyanaltılara aldanmayın
Kinoteatrda popkorn, klubda fısdıq, evdə çips kimi qəlyanaltılar düşündüyünüzdən daha zərərlidir. Bir ovuc popkornun tərkibində təxminən 400 kalori mövcuddur. Bu səbəbdən bu cür qidalardan uzaq durmaq məsləhətdir.
6. Spirtli içkilər və çəki artımı
Kişilərin kökəlməsində əsas səbəblərdən biri də spirtli içkilərdir. Bir həftə ərzində pivə, araq və ya viski kimi içkilərdən uzaq qalmaq artıq çəkidə azalma ilə nəticələnə bilər.
Əgər arıqlamaq istəyirsinizsə, ilk addım bu zərərli vərdişlərdən xilas olmaqdan keçir. Hər kiçik dəyişiklik, sağlam bədənə doğru atılmış böyük bir addımdır.
Kənan
Milli.Az