Günəbaxan yağı haqqında bilmədiyimiz FAKTLAR: xəstəliklərdən qoruyur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Günəbaxan yağını "omega-6" yağ turşularının yüksək tərkibinə görə çox vaxt faydalı məhsul hesab etmirlər. Lakin norma çərçivəsində istifadə zamanı bu məhsul tamamilə zərərsiz və hətta sağlamlıq üçün faydalıdır.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə britaniyalı dietoloq Rob Hobson "Daily Mail" nəşrinə danışıb.
Mütəxəssisin sözlərinə görə, günəbaxan yağı məşhur kokos və zeytun yağlarına nisbətən daha az doymuş tərkiblidir. Günəbaxan yağının bir porsiyasında təxminən 1.5 q doymuş yağ var, zeytun və kokos yağlarında isə bu göstərici daha yüksəkdir.
"Günəbaxan yağının tərkibindəki "omega-6"nın artıqlığı, kifayət qədər "omega-3" qəbul edilmədikdə həqiqətən orqanizmdə iltihabi proseslərə səbəb ola bilər. Lakin bu məhsuldan tam imtina əsassızdır. Normal miqdarda günəbaxan yağı tamamilə zərərsizdir", - deyə o vurğulayıb.
Onun sözlərinə görə, yüksək yanma temperaturu (232°C) günəbaxan yağını qızartma üçün əla seçim edir. Müqayisə üçün, zeytun yağında bu göstərici 190-207°C, kərə yağında isə cəmi 150°C-dir.
Qeyd edək ki, günəbaxan yağında bir çox vitaminlər, xüsusilə "E", "A", "D" və "F" vitaminləri var. Bundan əlavə, xolesterolu azaltmağa kömək edən "omega-3" və "omega-6" yağ turşuları var. Bu turşulardan əlavə, yağda linolen, linol, palmitin, stearin və miristin yağ turşuları, həmçinin orqanizm üçün dəyərli olan fosfor var.
Mötədil istifadədə günəbaxan yağı orqanizmi infeksiyalardan qoruya bilər. Onun istifadəsi zamanı mədə-bağırsaq traktı və endokrin sisteminin normallaşması ehtimalı yüksəkdir. Bundan əlavə, o, qaraciyərin təmizlənməsinə və iltihabın aradan qaldırılmasına kömək edə bilər. Bu yağ artrit və revmatizmin profilaktikası üçün istifadə olunur. O, ürək və damarların işinə müsbət təsir göstərə, sinir sistemini gücləndirə və beyin fəaliyyətini yaxşılaşdıra bilər. Günəbaxan yağı uşaq dərisinə yaxşı təsir göstərə bilər və hətta bəzi uşaq kremlərinin tərkibinə əlavə edilir. Mütəxəssislərin fikrincə, yağda olan "D" vitamini raxit xəstəliyinin qarşısının alınmasına kömək edir.
Sağlam yetkin insan üçün tövsiyə olunan günəbaxan yağı dozası gündə 20-30 qram, yəni 1-2 xörək qaşığıdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Mustafa Sandalın həyat yoldaşı və qayınatası ilə bağlı qərar verildi - Yenilənib
-
İnfantino Bakıdan paylaşım etdi - (Video)
-
“Brent” nefti ucuzlaşdı
-
Paşinyana Rusiya rəsmisindən maraqlı hədiyyə
-
"Dərnəgül" metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq
-
Leyla Əliyeva və Alyona Əliyeva kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - (Foto)
-
Cabir İmanovun gerçəkləşməyən arzusu
-
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - (Foto)
-
“Mançester Siti” Haalandla bağlı qərarını verdi
-
Kamran Əliyev: "Qanunsuz gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə gücləndirilməlidir"
-
Bakıda gecə klubunun qarşısındakı qətlin şahidi danışdı
-
Premyer Liqa "Mançester Siti" barədə açıqlama verdi
-
Kürdəmirdə ildırım 51 yaşlı kişini öldürdü
-
Təhsildə yeni maliyyə modeli: Şagird sayı az olan məktəblər bağlanacaqmı?
-
Azərbaycanla İran arasında ticarət, nəqliyyat, enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib - (Foto)
-
Nazirlə jurnalist arasında gərginlik yaşandı - (Video)
-
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən “Hacı” tutuldu
-
"Məni silkələyən ikinci belə hadisə olmayıb" - Murad Dadaşov
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
-
Polşanın Şərq Tədqiqatları Mərkəzi: Fransa-Azərbaycan münasibətlərinin normallaşması Bakı ilə Aİ arasında daha sıx əməkdaşlığa yol aça bilər
-
Vuçiç “ofisiant” obrazında: "Bizdə NATO yoxdur" - (Video)
-
Şeyx Əbdül Mahmudbəyov xəstəxanaya yerləşdirildi





