Sağlamlıq

Şagirdlərin dərs oxuyarkən fikirlərini dağıdan SƏBƏBLƏR

23 Oktyabr 2024 17:22
Baxış: 393
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Dərs oxuyarkən fikirləri cəmləyə bilməməyin bir neçə səbəbi var".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi "Instagram" səhifəsində nazirliyin Respublika Psixiatriya Xəstəxanasının psixoloqu İlahə Dadaşova açıqlayıb.

Onun sözlərinə görə, birinci səbəb hiperaktivlik və diqqət əskikliyi diaqnozudur:

"Hərəkətlilik və impulsivlik diqqəti cəmləməyə icazə vermir. İkinci bir səbəb isə uşağın dərsə marağının olmaması nəticəsindən dərsdən yayınması və bu səbəbdən diqqətini toplamaqda çətinlik çəkməsidir".

Psixoloq bildirib ki, digər bir səbəb isə uşağın hansısa bir problemlə bağlı stres keçirməsidir:

"Uşaqlarda ailə məişət problemi olduğu zaman onlar diqqətlərini dərsə cəmləməkdə çətinlik çəkirlər. Valideynlərə tövsiyə edərdik ki, ailədaxili mübahisələri uşaqların yanında etməsinlər. Bu, onların psixologiyasına mənfi təsir edə bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.