Sağlamlıq

Bu xəstəliyi qripdən ayırmaq çətindir - DİQQƏT

29 Avqust 2024 21:32
Baxış: 1 706
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pnevmoniya ciddi bir xəstəlikdir. Ağciyərlərdə iltihab prosesinin inkişafı ilə təyin olunur. Uşaqlarda həmin xəstəlik çox vaxt tənəffüs sisteminin tam yetişməməsi, həmçinin bəlğəmi tam öskürə bilməməsi səbəbindən ağır gedişə malik olur.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində nazirliyin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova açıqlayıb.

Onun sözlərinə görə, patoloji proses antibiotiklərin və simptomatik dərmanların məcburi təyin edilməsi, ağır hallarda isə uşağın xəstəxanaya yerləşdirilməsini tələb edir: "Uşaqlarda pnevmoniya diaqnozunun çətinliyi ondadır ki, xəstəliyin ilk əlamətləri praktiki olaraq soyuqdəymə və ya qripin simptomlarından fərqlənmir. Belə ki, pnevmoniyanın bakterial formasının klinik mənzərəsini qripdən ayırmaq çətindir. Simptomlara üşütmə, qızdırma, artan tərləmə, öskürək, təngnəfəslik, ürək döyüntüsünün artması daxildir".

İ.Axundova qeyd edib ki, valideynlər sətəlcəm və ya tənəffüs sisteminin digər patologiyalarının ən kiçik bir əlaməti olduqda dərhal uşaqları ilə həkimə müraciət etməlidirlər. Uşağın sətəlcəm olduğuna dair hər hansı bir şübhə varsa, bu, tibb müəssisəsinə müraciət etmək üçün ciddi bir meyardır. Vaxtında yardım olmadığı halda, xəstə uşaqda xroniki bronxopulmonar pozulmalar inkişaf edə bilər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.