Sağlamlıq

Saçımızı yuyarkən hansı səhvlərə yol veririk?

8 Avqust 2024 10:25
Baxış: 1 598
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Britaniyalı bərbər Pol Uindl saçın yuyulması zamanı yol verilən səhvlərdən danışıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, mütəxəssis qeyd edib ki, saçı çox qaynar su ilə yumaq olmaz. Onun fikrincə, yüksək temperatur saç uclarının qırılmasına gətirib çıxarır. Ona görə də sadəcə isti sudan istifadə etmək lazımdır.

Pol Uindl yaş saçları daramağı da tövsiyə etməyib.

"Yaş saçlar daha elastik və zərifdir, ona görə də daramaq qırılmalara səbəb ola bilər", - deyə o bildirib.

Mütəxəssis, həmçinin saçları duş qəbul etməzdən əvvəl daramağı məsləhət görüb.

Bərbər hesab edir ki, saçın köklərinə kondisioner vurmağa ehtiyac yoxdur.

Onun sözlərinə görə, saçları gec-gec yumaq da doğru deyil.

"Bu zaman baş dərisindəki məsamələr yağlanma nəticəsində tıxanır və bu da problemlərə yol aça bilər", - deyə o qeyd edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.