Sağlamlıq

Bu giləmeyvənin girdiyi evdə infarkt keçirən olmur

2 Avqust 2024 18:20
Baxış: 3 653
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Giləmeyvənin bir çox problemlərlə yanaşı, xüsusilə ürək-damar xəstəliklərindən qoruduğu, qan şəkərini tarazladığı və ümumi sağlamlığı qorumağa kömək etdiyi bildirilir.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, alimlər illərdir ürək-damar xəstəlikləri riskini azaltmağın yollarını axtarırlar. Bu yollardan biri qara qarağat yemək və ya ondan hazırlanan əlavələrdən istifadə etmək ola bilər.

Qara qarağatın ömrü uzadan, ürək sağlamlığı üçün möcüzə hesab edilən qida olduğu qeyd edilir.

Alimlər apardıqları araşdırmalarda qarağatın qan dövranını 45 faiz artıraraq damar tıxanmasına qarşı mübarizə apardığını müəyyən ediblər.

Son araşdırmalar qara qarağatın aşağıdakı 4 müsbət təsirini sübuta yetirib:

* Ürək sağlamlığını qoruyur,

* Damarları təmizləyir,

* Qan dövranını yaxşılaşdırır,

* Hipertenziyanın qarşısını alır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.