Depressiyanı aradan qaldıra bilən beyin siqnalı tapıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Alimlər mükafatların insan davranışına təsirini formalaşdıran beyin siqnalını müəyyən ediblər.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, bu siqnalın depressiyanın əsas simptomu olan "maraq çatışmazlığını" aradan qaldırmağa kömək edə biləcəyi güman edilir.
Tədqiqatçılar deyirlər ki, bu beyin fəaliyyəti insanların mükafat aldıqdan sonra seçimlərini etmələrində və gələcək davranışlarını formalaşdırmaqda rol oynaya bilər.
Depressiya ilə əlaqəli olduğu aşkar edilən unikal beyin siqnalı depressiyanın "maraq çatışmazlığı" simptomunu müalicə etməyə kömək edə bilər. Bu kəşf depressiya üçün yeni müalicə vasitələrinin inkişafına səbəb ola bilər.
Bildirilir ki, insan beyni bir sıra zehni və fiziki fəaliyyətlərdən, duyğu təcrübələrindən və sosial qarşılıqlı əlaqədən həzz alır. Yemək, hədiyyələr və ya təşəkkür sözləri şəklində mükafatlar həm insanlarda, həm də heyvanlarda beyin və davranışın formalaşmasında mühüm rol oynayır.Lakin alimlər deyirlər ki, bu fenomenin arxasında duran dəqiq beyin prosesləri və onun gələcək davranışa necə təsir etməsi hələ də böyük ölçüdə məlum deyil.
"Nature Communications" jurnalında dərc olunan yeni araşdırmada tədqiqatçılar beynin frontal lobunda mükafatların tanınması ilə əlaqəli əsas proseslərdə rol oynaya biləcək unikal fəaliyyət nümunələrini müəyyən ediblər. Depressiyada olan xəstələrdə spesifik beyin fəaliyyətinin dəyişdiyi müşahidə edilib.
Depressiya ilə mübarizə aparan insanlar anhedoniya səbəbiylə uzun müddət ümidsizlik yaşayırlar. Anhedoniya heç nədən zövq alamamağı ifadə edən tibbi termindir.
Alimlərin sözlərinə görə, depressiya xəstələri "mükafat" kimi qəbul etdikləri şeylərlə qarşılaşdıqda, bu siqnal onların beyinləri tərəfindən göndərilir. Bu səbəbdən gələcəkdə tətbiq olunacaq texnikalarla depressiyanın müəyyən əlamətlərinin praktik olaraq müalicə oluna biləcəyi təxmin edilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paşinyana Rusiya rəsmisindən maraqlı hədiyyə
-
"Dərnəgül" metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq
-
Leyla Əliyeva və Alyona Əliyeva kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - (Foto)
-
Cabir İmanovun gerçəkləşməyən arzusu
-
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - (Foto)
-
“Mançester Siti” Haalandla bağlı qərarını verdi
-
Kamran Əliyev: "Qanunsuz gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə gücləndirilməlidir"
-
Bakıda gecə klubunun qarşısındakı qətlin şahidi danışdı
-
Premyer Liqa "Mançester Siti" barədə açıqlama verdi
-
Kürdəmirdə ildırım 51 yaşlı kişini öldürdü
-
Təhsildə yeni maliyyə modeli: Şagird sayı az olan məktəblər bağlanacaqmı?
-
Azərbaycanla İran arasında ticarət, nəqliyyat, enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib - (Foto)
-
Nazirlə jurnalist arasında gərginlik yaşandı - (Video)
-
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən “Hacı” tutuldu
-
"Məni silkələyən ikinci belə hadisə olmayıb" - Murad Dadaşov
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
-
Polşanın Şərq Tədqiqatları Mərkəzi: Fransa-Azərbaycan münasibətlərinin normallaşması Bakı ilə Aİ arasında daha sıx əməkdaşlığa yol aça bilər
-
Vuçiç “ofisiant” obrazında: "Bizdə NATO yoxdur" - (Video)
-
Şeyx Əbdül Mahmudbəyov xəstəxanaya yerləşdirildi
-
Bakıda 40 yaşlı qadın öldürüldü - Əri saxlanıldı
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza təcavüz: Kamerada hadisə gününün görüntüləri - (Video)
-
Azərbaycan və Belarus hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib - (Foto)





