Südlə hazırlaya biləcəyiniz 6 şəfalı içki – RESEPT
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qida dəyəri yüksək olan süd insanlar üçün mühüm qida mənbəyidir. Tərkibindəki zülal, kalsium, B vitaminləri ilə sağlamlıq üçün olduqca faydalıdır.
Südün qida dəyərini və faydasını dəfələrlə artırmaq üçün sadə üsullar var.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, sağlamlığa faydalarını artırmaq üçün südə aşağıdakı 6 inqrediyenti əlavə etmək olar:
Sarıkök
"Qızıl süd" olaraq adlandırılan bu içki çoxsaylı sağlamlıq faydalarına görə populyarlıq qazanıb.
Sarıkök antiinflamatuar və antioksidant xüsusiyyətləri ilə tanınan bir birləşmə olan kurkumin ehtiva edir.
"Journal of Medicinal Food" jurnalında dərc edilən bir araşdırma kurkuminin artrit kimi problemlər zamanı iltihabı və ağrıları azaltmağa kömək edə biləcəyini göstərib.
Sarıköklü süd hazırlamaq üçün:
1 stəkan südü qızdırın.
Yarım çay qaşığı sarıkök tozu əlavə edin.
Yaxşı qarışdırın və isti için.
Bu sakitləşdirici içki immuniteti artırmaq və ümumi sağlamlığı yaxşılaşdırmaq üçün mükəmməl seçimdir.
Zəncəfil
Südə zəncəfil əlavə etmək həzmi yaxşılaşdıra və ürəkbulanmanı azalda bilər.
Zəncəfil iltihab əleyhinə və antioksidant təsiri ilə tanınır.
Zəncəfilli südü hazırlamaq üçün:
1 stəkan südü qızdırın.
1 çay qaşığı rəndələnmiş zəncəfil və ya zəncəfil tozu əlavə edin.
Qarışdırın və içmədən əvvəl bir neçə dəqiqə gözləyin.
Zəncəfilli süd soyuqdəymə və qrip mövsümündə immuniteti gücləndirici xüsusiyyətinə görə xüsusilə faydalıdır.
Bal
Bal antibakterial və antioksidant xüsusiyyətlərə malik təbii dadlandırıcıdır.
"Asian Pacific Journal of Tropical Biomedicine"də dərc edilən araşdırma göstərir ki, bal boğaz ağrısını sakitləşdirməyə kömək edir və təbii öskürək kəsicidir.
Ballı südü hazırlamaq üçün:
1 stəkan südü qızdırın.
1-2 çay qaşığı balı əlavə edib həll olunana qədər qarışdırın.
Bu süd yatmazdan əvvəl istehlak edildikdə yuxuya getməyi asanlaşdırır.
Darçın
Darçın adi südü sağlamlıq faydaları ilə dolu bir içkiyə çevriə bilən digər bir ədviyyatdır.
Onun qan şəkərinin səviyyəsini aşağı saldığı və güclü antioksidant xüsusiyyətlərə malik olduğu sübut edilib.
Bir araşdırma darçının insulin həssaslığını artırmaq potensialının olduğunu göstərib.
Darçınlı süd hazırlamaq üçün:
1 stəkan südü qızdırın.
1 çimdik darçın tozu və ya kiçik bir darçın çubuğu əlavə edin.
Yaxşıca qarışdırın və için.
Darçınlı süd xüsusilə diabetlə mübarizə aparan və ya qan şəkərini sabit saxlamağa çalışanlar üçün faydalıdır.
Zəfəran
Zəfəran əsrlər boyu ənənəvi tibbdə istifadə edilib.
Əhval-ruhiyyəni yaxşılaşdıran xüsusiyyətləri ilə tanınır və depressiya əlamətlərini azaltmağa kömək edir.
"The Journal of Ethnopharmacology" jurnalında dərc edilən araşdırmaya görə, zəfəranın bəzi ənənəvi dərman vasitələrinə bənzər antidepresant təsirləri var.
Zəfəranlı südü hazırlamaq üçün:
1 stəkan südü qızdırın.
Bir neçə çimdik zəfəran əlavə edin və bir neçə dəqiqə gözləyin.
Daha sonra qarışdırıb için.
Zəfəranlı süd həm dadlıdır, həm də əhval-ruhiyyəni yaxşılaşdırmağa və narahatlığı azaltmağa kömək edəcək.
Badam
Badam sağlam yağlar, liflər və zülallarla doludur. Bu çərəz dərinin sağlamlığı üçün faydalı olan E vitamini ilə də zəngindir.
"Journal of Nutrition"da dərc edilən bir araşdırma badam istehlakının xolesterol səviyyəsini azaltmağa və ürək sağlamlığını yaxşılaşdırmağa kömək edə biləcəyini üzə çıxarıb.
Badamlı süd hazırlamaq üçün:
Bir ovuc isladılmış badamı bir stəkan südlə qarışdırın.
Daha sonra badamları süzüb-süzməməyə özünüz qərar verə bilərsiniz.
Badamlı süd orqanizmi əsas qida maddələri ilə təmin edir və ürək sağlamlığını yaxşılaşdırır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
Qışda uşaqları xəstə edən soyuq deyilmiş
-
Uşağı məktəbə nə vaxt göndərmək olmaz?
-
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ
XƏBƏR LENTİ
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)
-
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
-
“Uzak Şehir”də yeni sima - (Foto)
-
“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı
-
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
-
Ağcabədidə qəza zamanı ölən iki qardaşın kimliyi məlum olub - Yenilənib (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - (Video)
-
Mehriban Xanlarova buna görə verilişlərə getmir
-
Keçmiş deputat vəzifədən azad edildi
-
Formula 1 Azərbaycan Qran-Prisi: Startdan finişə 2 min könüllü yarışın hər anında - (Foto)
-
Finişə qədər hər saniyə hazır: marşallar yubiley Qran-Prisini başa vurdular - (Foto)
-
Corcun Qubada toyu oldu - (Video)
-
“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan (Videosu)
-
Elnarə Abdullayeva nənə olacaq - (Video)
-
Yük maşını “Opel”lə toqquşub yol kənarına aşdı - Xəsarət alan var - (Video)





