Sağlamlıq

Minnətdarlıq hissi ömrü uzadır - Alimlərdən maraqlı araşdırma

4 İyul 2024 13:45
Baxış: 524
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Harvard Xalq Sağlamlığı Məktəbinin alimi T.H Çan müəyyən edib ki, minnətdar olan yaşlı yetkinlərin hər hansı bir səbəbdən ölüm riski azalır.

Milli.Az unikal-a istinadən xəbər verir ki, araşdırmanın nəticələri "JAMA Psychiatry" jurnalında dərc olunub.

Araşdırmada 49 min qadın iştirak edib. Subyektlərin orta yaşı 79 idi. Tədqiqatçılar iştirakçıların səhhəti haqqında məlumat toplayıb və onlardan altı sualdan ibarət minnətdarlıq testindən keçmələrini istəyiblər. Subyektlərdən "minnətdar olacağım çox şey var" kimi bir neçə ifadə ilə razılaşmaq və ya razılaşmamaq istənilib. Cavabları aldıqdan sonra alimlər könüllülərin təxminən üç il davam edən müşahidə dövrünə başlayıblar.

Müşahidə dövründə 4600 iştirakçı dünyasını dəyişib. Tədqiqatçılar müəyyən ediblər ki, ən yüksək minnətdarlıq səviyyəsinə malik insanların hər hansı səbəbdən ölüm riski minnətsiz olanlarla müqayisədə daha azdır. Tədqiqatçıların fikrincə, minnətdarlıq ürək xəstəlikləri, tənəffüs və neyrodegenerativ xəstəliklər, müxtəlif infeksiyalar və xəsarətlər səbəbindən ölüm ehtimalını azaldır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.