Şaftalının orqanizmə saymaqla bitməyən faydaları
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yayda şirin, şirəli şaftalıya kim yox deyə bilər? - Şaftalının faydalarını öyrəndikdən sonra onu gündəlik rasionunuza daxil edəcəksiniz.
Milli.Az medicina.az-a istinadən şaftalının şəfalı xüsusiyyətlərini təqdim edir:
- Orta ölçülü bir şaftalı hər gün ehtiyacınız olan C vitamininin təxminən 11%-ni ehtiva edir. Bu qida bədəninizə yaraları sağaltmağa kömək edir və immunitet sisteminizi güclü saxlayır. O, həmçinin xərçənglə əlaqəli kimyəvi maddələr olan "sərbəst radikallardan" xilas edir.
- Beta-karoten adlı antioksidan şaftalıya gözəl qızılı-narıncı rəng verir. Onu yediyiniz zaman orqanizm bu maddəni yaxşı görmənin açarı olan A vitamininə çevirir. O, həmçinin immunitet sistemi üçün də faydalıdır.
- Şaftalı bədənin gündəlik ehtiyac duyduğu lifin 6%-9%-ni təmin edə bilər. Yüksək lifli qidalar insanı diabet, ürək xəstəliyi və kolorektal xərçəng kimi sağlamlıq problemlərindən qoruyur. Kifayət qədər lif qəbizliyin qarşısını almağa da kömək edir.
- Bir ədədi 60 kaloridən də az olan şaftalıda doymuş yağ, xolesterol və natrium yoxdur. Şaftalının 85%-dən çoxu sudur. Liflə zəngin olduğu üçün tox saxlayır. Bütün bu xüsusiyyətlərinə görə dietik meyvə hesab edilir.
- Şaftalı E vitamini ilə də zəngindir. Bu antioksidant bədəninizdəki bir çox hüceyrə üçün vacibdir. Bu vitamin immunitet sistemi üçün vacibdir, həmçinin qanın laxtalanmasının qarşısını almaq üçün qan damarlarının genişlənməsinə kömək edir.
- Kalium çox duz qəbulunun təsirlərini kompensasiya edir. Kaliumla zəngin şaftalı qan təzyiqini aşağı sala, həmçinin böyrək daşları və sümük itkisi riskini azalda bilər.
- Mədə probleminiz varsa, qəlyanaltıda şaftalı yemək yaxşı bir fikir ola bilər. Yumşaq quruluşa malik bu meyvə asanlıqla həzm olunur. Şaftalı mədə narahatlığını aradan qaldırır. İshal və qaz problemi zamanı da təsirlidir.
- Maraqlıdır ki, şaftalı şirin olsa da, dişləri sağlam saxlayır. Buna səbəb onun flüor ehtiva etməsidir. Diş məcunlarına əlavə edilən bu mineral şaftalının tərkibində təbii şəkildə mövcuddur. Buna görə də şaftalı ağız boşluğunu mikroblardan təmizləyir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Saxta xamanı necə tanımaq olar?
-
Qurban ətini dərhal yeməyin - Mütəxəssisdən XƏBƏRDARLIQ
-
Qurban əti ilə bağlı vacib xəbərdarlıq: Bu səhvləri etməyin
-
Bir çox qadında bu vacib vitamin çatışmır - Diqqət
-
Çiyələk bu hallarda ölümcül ola bilər - xəbərdarlıq
-
Faydasını eşidən bazara qaçır - ildə cəmi 3 ay satılır
XƏBƏR LENTİ
-
Azərbaycan millisində yeni futbolçu
-
"Hamıya şəhərdə ev almışdım"
-
Linus Torvalds: "Süni intellekt inqilab deyil, sadəcə yeni bir alətdir"
-
Səyahətdən sonra "jet lag"ı ən qısa müddətdə necə keçirmək olar?
-
Dünyanın ən böyüyü idi, rəngini dəyişdi: Nəhəng aysberq göyərdi
-
Saxta xamanı necə tanımaq olar?
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
Azərbaycandan tranzit keçməklə Ermənistana karbamid və un göndəriləcək
-
Anasının ağır vəziyyətdə FOTOsunu paylaşdı
-
Zelenski Prezident İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib
-
Ənənədən gələn xırtıldayan ləzzət: Yağ mantısı resepti
-
Məşhur cütlüyün oğlundan yeni FOTO
-
Maşını alovlar içində avtoyuma məntəqəsinə çatdırdı - VİDEO
-
"Al market"in tavanı çökdü - VİDEO
-
Gəlini ilə münasibətlərindən DANIŞDI
-
Tezliklə cekpotu vuracaq BÜRCLƏR
-
Addai məşhur İtaliya klubunda oynaya bilər
-
"Məni əvəz edəcək aktyor YOXDUR"
-
Dünya çempionatını buraxacaq
-
Şakiradan maraqlı ETİRAF
-
Zəncirvari QƏZA: 2 ölü, 4 yaralı var - Yenilənib - FOTO
-
40 ildən sonra dünya əhalisi yarıbayarı AZALA BİLƏR
-
"Susduqca, daha çox söyülürəm"
-
Alimlər "üçüncü göz"ü aşkarladılar





