Sağlamlıq

Bu cür badımcanı qəti almaq olmaz

9 İyun 2024 16:17
Baxış: 3 306
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Badımcanın insan orqanizminə bir çox faydaları olsa da, onu alarkən düzgün seçim etmək önəmlidir.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, badımcan alarkən düzgün seçim etmək üçün bəzi nüanslara diqqət etmək lazımdır.

Bir badımcanın təzə, yoxsa köhnə olduğunu anlamağın ən sadə yolu qabığının sərtliyidir. Təzə badımcanın qabığı nisbətəm yumşaq olur. Əgər qabığı qalındırsa, böyük ehtimalla dadı da yaxşı olmayacaq. Diqqət edilməsi gərəkən digər məqam badımcanın səthidir. Əgər badımcanın üstündə qırışlar və ağ ləkələr varsa, almaq olmaz.

Bu cür badımcan təzə deyil və dadı da pis olacaq. Eyni zamanda, badımcanın sapına da baxmaq lazımdır. Əgər təzədirsə, sapı tam yaşıl olacaq. Əgər qəhvəyiyə çalırsa, köhnəlib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.