Sağlamlıq

Qanda şəkərə nəzarət edən içki hazırlandı

2 İyun 2024 08:30
Baxış: 491
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ural Dövlət Universitetinin mütəxəssisləri diabetli xəstələrdə qan şəkərinin səviyyəsini azalda biləcək içkinin hazırlandığını açıqlayıblar.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, içki ikinci dərəcəli qida məhsullarından, o cümlədən toyuq ətindən əldə edilən zülal hidrolizatından istifadə edən unikal formula əsaslanır.

Alimlər bildirib ki, bu içki 1-ci tip diabet üçün ənənəvi müalicəni effektiv şəkildə tamamlaya bilər.

Tədqiqatçılar hər yeməkdən əvvəl bu içkinin içilməsinin insulin istehlakını əhəmiyyətli dərəcədə azaltmağa kömək edəcəyini bildiriblər. Onların hesablamalarına görə, bu, qanda qlükoza səviyyəsinə nəzarət etmək və bu xəstəliklə bağlı ağırlaşma riskini azaltmaq üçün mühüm addım ola bilər.

Diabetin qeyri-adekvat müalicəsi görmə itkisi, ətrafların amputasiyası, böyrək çatışmazlığı, infarkt və insult kimi ciddi fəsadlara səbəb ola bilər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.