Sağlamlıq

Pul itirmək və borclar demensiya riskini artırır

9 Mart 2024 19:11
Baxış: 525
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyada demensiyanın artmasının bir səbəbi insanların çox borclanmasıdır.

​Milli.Az medicina.az-a istinadla xəbər verir ki, Çin alimləri maddi problemlərin insan beyninə və psixikasına mənfi təsir etdiyini sübut edib.

Onlar 8000-dən çox insanın tibbi məlumatlarını təhlil ediblər.

Məlum olub ki, həyatının müəyyən mərhələsində gəlirini itirmiş, pul itirmiş, borca girmiş insanların beyin fəaliyyətində zəifləmələr olur.

Maddi çətinlik düşünmə qabiliyyətini, yaddaşı və qərar qəbul etmə sürətini pisləşdirə bilər.

İnsan pulunu itirdikdə alışdığı həyat tərzini dəyişir, sabaha görə çox fikir çəkir. Ona görə bu amil sanki beyni bloklayır və demensiya olma ehtimalı artır. İnsan sanki reallıqla barışmır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.