Sağlamlıq

Öd kisəsindəki daşlar xərçəngə səbəb olur?

17 Fevral 2024 08:12
Baxış: 657
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Öd kisəsində iri daş çox təhlükəlidir.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, məşhur həkim Aleksandr Myasnikov öd kisəsi daşlarının hansı halda xərçəngə səbəb olduğunu bildirib.

"Bədxasəlli şiş təhlükəsi daşın ölçüsündən asılıdır. Daş nə qədər iridirsə, bir o qədər xərçəng təhlükəsi var. Öd daşı xəstəliyi hər 10 nəfərdən 2-sində var. Çox xəstələr simptomsuz daş gəzdirənlər olur, onların öd kisələrində daş olmasından xəbəri olmur.

Öd daşı xəstəliyinin əlaməti sağ qabırğaaltında ağrı, ağızda zəhər dadıdır, insan gəyirir. Amma çox xəstələrdə bunlar olmur. Daş böyük olduqda və öd yollarını tutduqda, artıq şiddətli ağrı tutmaları və ürəkbulanma olur.

Əslində öd xırda daşları, qumu özü kənara ata bilir. Öd şirəsi hasil etdikdə kisə yığılıb açılır, məhz bu zaman öd şirəsi ilə birgə mikroskopik daşlar da kisəni tərk edir. Əgər daş çox iridirsə, öd yollarından keçə bilmir və orda ilişir. Məhz burda ilişib qalan daş orda iltihab yaradır, mədəaltı vəzi təhlükəyə atır, bu zaman xroniki panktreatit və gələcəkdə mədəaltı vəz, öd kisəsi xərçəngi riski yarana bilir", - o qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.