Sağlamlıq

Qızdırmalı halda çimmək olar?

28 Yanvar 2024 07:15
Baxış: 1 489
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qızdırmalı halda çox xəstələr "isti hamama girsəm, bədənim açılar" fikri ilə duş alır. Xəstə insana isti buxarlı hamamda çimmək faydalıdırmı?

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, immunoloq Vladimir Bolibok xəstə insanın isti hamamda çimməsini qadağan edib.

"İsti hamam qan dövranına zərbə vurur və xəstəliyin daha da ağırlaşmasına səbəb olur. Xüsusən kişilərin araq içib, tərləmək və tez sağalmaq üçün saunaya girməsi ürək infarktı ilə nəticələnə bilər.

İnsanın qızdırması varsa, heç bir halda hamama, saunaya getməməli, isti vanna qəbul etməməlidir. Bu zaman bədən daha çox yüklənir. Həddindən artıq isinməyə başlayarsa, vəziyyəti daha da pisləşəcək

Qızdırması olan bədənə dinclik vermək və yataq rejimi lazımdır", - Bolibok vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.