Sağlamlıq

Bütün xəstəlikləri göstərən “sehirli güzgü” icad olundu

14 Yanvar 2024 20:40
Baxış: 841
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sağlamlıq texnologiyaları sahəsində bir çox yeniliklər ortaya çıxmağa başlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, "NuraLogic" texnologiya şirkəti tərəfindən "Anura MagicMirror" adlı güzgü təqdim olunub.

Bu güzgü qarşısındakı insanın üzünü yoxlayaraq onun sağlamlıq vəziyyətini anlaya bilir.

Ondan istifadə etmək üçün hər hansı digər cihaza qoşulmaq, daxil olmaq və ya demoqrafik məlumat daxil etmək tələb olunmur. Bu mənada istifadəsi çox asan bir cihaz olduğunu söyləmək olar.

Bu 21,5 düymlük ağıllı güzgü 30 saniyə qarşısında dayanan insanın üzünü oxuyur. Müayinə prosesində istifadəçinin üzündəki qan axını müayinə edilir. Şirkətin patentli texnologiyası olan "Transdermal Optical Imaging" ilə insanın üzündəki qan axını xəritələnir, qan təzyiqi, bədən kütləsi indeksi, nəbz müntəzəmliyi, nəbz tezliyi, tənəffüs tezliyi və üz dərisinin yaşı kimi məsələlər barədə məlumat verilir.

Bundan əlavə, ağıllı güzgü vasitəsilə şəkərli diabet, ürək-damar xəstəlikləri, insult, hipertoniya, qaraciyər yağlanması, ruhi xəstəliklər və depressiya kimi bir çox xəstəliklərin riski müəyyən edilə bilər.

Şirkət "MagicMirror" üçün heç bir qiymət və ya buraxılış tarixi məlumatı təqdim etməyib.

Ağıllı güzgüdən xəstəxana və klinikalarda, qocalar evlərində, eləcə də digər səhiyyə ocaqlarında gözləmə yerlərində istifadə edilməsi planlaşdırılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.