Sağlamlıq

Bu içki sizi mikroblardan xilas edəcək

24 Dekabr 2023 01:06
Baxış: 1 081
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ədviyyatlar güclü mikrob, virus və iltihab əleyhinə təsirə malikdir.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, soyuqdəymə zamanı ədviyyatlardan istifadə nəfəs yollarını selikdən və mikroblardan təmizləyir, boğaz ağrısını azaldır, xəstənin vəziyyətini yüngülləşdirir, sağalmanı tezləşdirir.

Soyuqdəymə zamanı belə faydalı ədviyyatlı içki hazırlaya bilərsiniz. Kiçik termosa 1/2 ç.q. sarıkök, 1/2 ç.q. darçın, sürtgəcdən keçirilmiş zəncəfil kökü (3-4 sm uzunluqda), üzərinə yarım l isti su tökün, 1 saat termosda dəmləyin. Sonra dəmləməni yaxşı süzün və gün ərzində bir neçə dəfə yarım stəkan olmaqla ilıq halda için. Qəbul etdikdən əvvəl dəmləməyə bal və limon əlavə edin.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.