Sağlamlıq

Səhər tezdən oyananlara xəbərdarlıq

18 Dekabr 2023 06:20
Baxış: 973
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səhər erkən yuxusuzluğu ciddi xəstəliklərdən qaynaqlana bilər.

Milli.Az "medicina"ya istinadən xəbər verir ki, psixoloq Gelyana Şirikinova gecə saat 4-lə 6 arası oyanmanı erkən yuxusuzluq adlandırıb.

"Xroniki olaraq hər gün bu saat oyanmaq və sonra yuxuya getməyə cəhd etmək, insanda xroniki təşviş pozuntusu yaradır. Bu zaman insan konfliktli, qəzəbli olur, iş və həyat keyfiyyəti azalır, yaddaş, düşüncə, diqqət pozuntusu yaranır.

Bundan başqa səhər erkən oyanışları endokrin sistemdə pozulma ilə nəticələnir.

Bu da orqanizmin erkən qocalması, erkən menopauza, piylənmə və diabetə gətirib çıxarır.

Bu adamlarda istirahət hissi olmadığı üçün prolaktin, adrenalin, kortizol hormonları normadan artıq olur.

Bu zaman əzələ-sinir gərginliyi, damar spazmı, qan dövranı pozilması, beynin ac qalması baş verir.

Ona görə də səhər 4-lə 6 arası oyananlar mütləq həkim müayinəsindən keçməlidir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.