Sağlamlıq

Səhərlər ilıq su içməyin faydaları

22 Noyabr 2023 04:50
Baxış: 972
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Səhər ilıq su içmək, mütəxəssislərin mədə-bağırsaq traktının fəaliyyətini yaxşılaşdırmağa kömək edən sağlam vərdişlərdən biridir.

Milli.Az sağlamolun.az-a istinadən xəbər verir ki, Rusiyanın qastroenteroloq, diyetoloq və klinik farmakoloqu Rüstəm Sadıkov bu barədə danışaraq səhərlər ilıq su içməyin həm də ürək-damar sisteminə faydalı təsir göstərdiyini, qanı durulaşdırdığını bildirib.

"Yuxu zamanı orqanizm su itirir, ona görə də səhərlər orqanizm maye çatışmazlığı vəziyyətində olur. Bu, qanın qatılaşmasına səbəb ola  bilər ki, bu da ürəyə yükü artırır. Ona görə də yuxudan oyandıqdan sonra ən azı 500 ml ilıq su içməyi məsləhət görürəm", - deyə ekspert vurğulayıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.