Sağlamlıq

Dərman satışı ilə bağlı bu yenilik işinizi rahatlaşdıracaq - VİDEO

7 Noyabr 2023 21:59
Baxış: 939
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dərman vasitələrinin istehsal və idxalından son istehlakçıya çatdırılmasına qədər olan bütün mərhələlərin real vaxt rejimində izlənilməsini həyata keçirmək üçün "Dərman Vasitələrinin Təqib və İzləmə Sistemi"nin 2024-cü il yanvarın 1-dən etibarən mərhələli şəkildə tətbiqi nəzərdə tutulub.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Səhiyyə nazirliyinin analitik ekspertiza mərkəzinin şöbə müdiri Səid Fərzullayev bildirib ki, bu sistem istehsal və idxal olunan markalanmalı malların dövriyyəsinə, topdan və pərakəndə satışına nəzarəti həyata keçirən və bununla bağlı məlumatları qeydə alan informasiya ehtiyatı olacaq.

Dərman vasitələrin qablaşdırılması üzərində olan QR kodla izlənilməsi vətəndaşlarin işlərini asanlaşdıracaq.

İlkin mərhələdə psixotrop və güclü təsir edən dərman vasitələrinin, gələn il iyunun 1-dən isə digər dərman vasitələrinin bütün yerli istehsalçı və topdansatış əczaçılıq müəssisələrinin anbarlarında, eləcə də tibb müəssisələrində və apteklərdə real vaxt rejimində izlənilməsinə başlanacaq. məqsəd dərman vasitələrinin təhlükəsizliyini təmin etməklə yanaşı qaçaqmalçılığın qarşısını almaqdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.