Sağlamlıq

Kim daha çox yaşayır - kök insanlar, yoxsa arıq?

27 Oktyabr 2023 01:08
Baxış: 967
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Artıq çəkili insanlar normal çəkiyə sahib insanlarla müqayisədə 13 il az yaşayır.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu barədə türkiyəli mütəxəssis Rəcəb Aktimur məlumat verib.

Onun sözlərinə görə, piylənmə son zamanların ən çox yayılan xəstəliklərindəndir:

"Aparılan araşdırmalar göstərir ki, uşaqlıqda kök olanların 70 faizi böyüyəndən sonra da artıq çəkili olurlar. Belə insanlarda xəstəliklərin görünmə riski daha yüksəkdir. Fiziki və psixoloji cəhətdən daha ağır həyat keçirdirlər".

Mütəxəssis həmçinin piylənmə üzrə olan cərrahi əməliyyatların vacibliyini vurğulayıb.

"Dünyanın hər yerində bu növ əməliyyatlar mövcuddur. İnsana görə əməliyyat seçimi dəyişə bilər. Cərrahi əməliyyatdan sonra isə pasiyent tamamilə yaxşılığa doğru dəyişir", - deyə Aktimur qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.