Sağlamlıq

İnsult qocaların xəstəliyi olmaqdan çıxıb - Gənclərə xəbərdarlıq!

26 Oktyabr 2023 01:30
Baxış: 657
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Uzun müddətdir ki, insult ancaq qocaların xəstəliyi olmaqdan çıxıb".

Milli.Az sağlamolun.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı tibb eksperti Cavqarat Murtazəliyeva son dövrlərdə insult hallarının artmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, gənclər arasında insult halları getdikcə daha çox müşahidə olunur.

"Əvvəllər 50-60 yaşlı insult xəstələri gənc sayılırdı. İndi bu yaş artıq bizi təəccübləndirmir. 40 yaşlılar artıq nadir deyil, hətta 30 yaşlı xəstələr də var. Bəzi hallarda tam sağalma mümkündür və xəstə nə qədər gənc olarsa, onun reabilitasiya potensialı da bir o qədər yaxşı olar. Çünki yaş artdıqca neyronların sayı azalır", - deyə mütəxəssis bildirib.

O, insanları hələ gənc yaşlarından sağlamlıqlarına nəzarət etməyə çağırıb.

Tibb işçisi insult barədə miflərə də aydınlıq gətirib. Onun sözlərinə görə, bu xəstəlik irsi deyil.

Bununla belə "ailə xəstəliyi" nəticəsində yarana biləcəyi barədə də xəbərdarlıq edib.

"Məsələn, insult üçün əsas səbəblər ürək problemləri, diabet və hipertoniyadır. İnsult riskini azaltmaq üçün mütəmadi olaraq sağlamlığınızı yoxlatmalısınız", - deyə Murtazəliyeva bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.