Sağlamlıq

Soyuqda heç isinə bilməmək - 2 xəstəlikdəndir

21 Oktyabr 2023 05:30
Baxış: 893
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Soyuqlar düşən kimi donma hissi, qızına bilməmək, əl-ayağın soyuması daha çox gənclərdə və qadınlarda rast gəlinir.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, terapevt Olesya Savelyeva soyuqda titrəmənin səbəbi kimi 2 xəstəliyi misal çəkib.

"Əgər insan hətta otaq temperaturunda belə isinə bilmirsə, soyuğa qarşı çox həssasdırsa, bu insanın fərdi qidalanma tərzindən ola bilər. Əgər o, kifayət qədər yağ, ət, zülal yemirsə, B12 və B9 vitamini əskikliyi olacaq.

Eləcə də qızlar və qadınlarda soyuq hissinin əsas səbəbi anemiya və zob xəstəliyidir.
Dəmir əskikliyində orqanizm, ürək və ağciyərlər oksigen aclığı hiss edir, enerji və istilik mübadiləsi tənzimləyən sistem düzgün işləmir. O ki, qaldı zoba, əsasən hipoterioz zamanı bədənin istiliyi saxlaması pozulur.

Bu zaman qalxanvari vəz lazımi hormonları az hasil edir. Buna görə əzələlər istini az qovur.
Donma hissi qanda qlükoza, şəkərin səviyyəsi qalxanda da artır. Çünki preddiabet və diabetdə aşağı ətrafların qan damarları zədələnir, qan axını pozulur.
Eləcə də bədəni daim soyuq olanlar böyrəküstü vəzilərin fəaliyyətini yoxlasın, arterial təzyiq aşağı olduqda, soyuq hissi gəlir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.