Sağlamlıq

Azərbaycanda yayılan təhlükəli virusla bağlı XƏBƏRDARLIQ

25 Sentyabr 2023 14:20
Baxış: 2 600
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yüksək hərarət, burun axıntısı, öskürək, halsızlıq və sümük ağrıları koronavirusun yeni variantının simptonlarıdır. Bu virusun yoluxuculuğu daha çoxdur.

Milli.Az AZTV-yə istinadən bildirir ki, son günlər Türkiyə, ABŞ, Çin və Avropa ölkələrində yoluxma saylarında artım qeydə alınıb.

Müətəxəssislərin fikrincə, ölkəmizdə müşahidə olunan xəstəliklər mövsümlə əlaqədardır. Terapevt Sevinc Zeynalova aztv-yə bildirib ki, hazırda Azərbaycanda rastlaşdığımız virus hər il üzləşdiyimiz virusdur: "Bu xəstəlik yüngül keçir. Xəstələrdə 3 gündən artıq hərarət olmur".

Pediatr Səadət Əzimova isə deyib ki, uşaqlar arasında da yayılan bu virusla bağlı valideynlər panikaya düşməməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.