Sağlamlıq

Bir ay ərzində COVID-19-a yoluxma hallarının sayı artdı

1 Sentyabr 2023 21:00
Baxış: 1 138
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyulun 31-dən avqustun 27-dək qlobal miqyasda 1.412.250 nəfər COVID-19-a yoluxub və yoluxmaların sayı əvvəlki 28 günlə müqayisədə 38% artıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Qeyd olunur ki, Şərqi Aralıq dənizində 113%, Qərbi Sakit okean regionunda 52%, Avropada isə 39% yoluxma halı görünüb.

ÜST-nin məlumatına görə, dörd həftə ərzində ən çox yoluxma Cənubi Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda qeydə alınıb.

Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, 2023-cü il iyulun 24-dən avqustun 20-dək dünyada təxminən 1,5 milyon yeni koronavirus infeksiyasına yoluxma halı qeydə alınıb ki, bu da əvvəlki 28 günlə müqayisədə 63% çoxdur. Təşkilat hazırda qeydə alınan halların yoluxma səviyyəsini dəqiq əks etdirmədiyini vurğulayıb. Bu, bütün dünyada testlərin və hesabatların azalması ilə əlaqədardır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.