Sağlamlıq

Limonlu su içməyin, yoxsa...

4 Sentyabr 2023 05:55
Baxış: 2 054
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Veçernyaya Moskva" qəzetinə müsahibəsində qastroenteroloq Nikita Xarlov limonlu suyun təsiri barədə xəbərdarlıq edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, qastroentroloqun sözlərinə görə, limonlu su eroziya və ya xorası olan insanlara pis təsir göstərir.

"Onlar özlərini dərhal narahat hiss edəcəklər. Limon turşusu mədənin yaralı divarlarına daxil olduqdan sonra qıcıqlanma başlayacaq. Amma bunu yeməkdən sonra və ya yemək zamanı etsəniz, insana heç bir zərəri olmayacaq", - Xarlov izah edib.

Onun sözlərinə görə, mədə-bağırsaq traktının bir sıra xəstəliklərində, o cümlədən yemək borusu və mədənin iltihabı zamanı limonlu su içmək əks göstərişdir. Bundan başqa, həkim xəbərdarlıq edib ki, diş minasını məhv etməmək üçün limonlu suyu turbacıqdan içmək məsləhətdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.