Sağlamlıq

Baş ağrısı ilə dondurma arasındakı əlaqə tapıldı

19 İyul 2023 20:48
Baxış: 1 005
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Həkim Ravindra Şrivastavaya baş ağrısı ilə dondurma arasındakı əlaqəni açıqlayıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, həkimin fikrincə, baş ağrısı saniyələr ərzində başlayır. Bu hiss alında kəskin, sıx bir baş ağrısına bənzəyir.

Dondurma damaqda və başın ön hissəsindəki qan damarlarının sürətlə soyuması və daralması nəticəsində baş ağrısına səbəb olur. Bu baş ağrıları zərərsizdir və heç bir sağlamlıq problemindən xəbər vermir.

Bu cür baş ağrıları öz-özünə tez keçdiyi üçün adətən heç bir müalicə tələb olunmur. Ancaq dərhal dincəlmək istəyirsinizsə, dilinizi damağınıza basmağa və ya ilıq bir içki içməyə çalışın. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.