Sağlamlıq

Yatmazdan öncə musiqi dinləməyin - XƏBƏRDARLIQ

15 İyul 2023 23:54
Baxış: 1 506
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yatmamışdan əvvəl mahnı dinləmək beynimizin işləməsinə və yuxu keyfiyyətimizin azalmasına səbəb olur.

Milli.Az lent.az-a istinadən bildirir ki, yatarkən dinlədiyimiz mahnılar beynimizin "yaddaşına ilişir" və yuxunun keyfiyyəti kəskin şəkildə aşağı düşür. Beyin özünə tanış və bənzər melodiyalar dinləyərkən əsla dincəlmir, əksinə daha da yorulur.

ABŞ-ın Texas ştatındakı Baylor Universitetinin Yuxu Laboratoriyasında aparılan araşdırmada 199 nəfər iştirak edib. Yatarkən məşhur mahnıları dinləyən bu iştirakçıların 33 faizi gecə və ya səhər oyanarkən dinlədikləri mahnıların dillərində dolaşmış olduğunu bildiriblər.

Psixoloq Cek Cefersonun fikrincə, təkrarlanan melodiyalar zehində asanlıqla yer tapır. Daha çox belə mahnılara qulaq asan insanların yuxu keyfiyyəti nisbətən çox düşə bilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.