Sağlamlıq

Su içəndə bu səhvləri etməyin, yoxsa...

15 İyun 2023 07:00
Baxış: 2 159
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dietoloq Mariya Kulinskaya su içərkən ən çox edilən səhvləri açıqlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, mütəxəssis bildirir ki, içki rejiminin pozulması dərinin qurumasına və ümumi sağlamlığın pisləşməsinə səbəb ola bilər.

Onun sözlərinə görə, sağlamlığımız və görünüşümüz əsasən düzgün su rejimindən asılıdır:

"Biz hər gün təqribən 700 ml su ilə nəfəs alırıq. Təxminən 200 ml isə dəridən buxarlanır. Su balansına əməl edilməməsi dərinin keyfiyyətinə, bağırsaq hərəkətliliyinə, hətta əhval-ruhiyyə və idrak funksiyalarına pis təsir edir.

Qazsız təmiz suya üstünlük verilməlidir. Bəzi mənbələrdə bir stəkan suya limonun əlavə edilməsi orqanizmin sağlamlığı üçün çox faydalı olduğu da bildirilir. Lakin bu yanlışdır.

Limonlu su mədə-bağırsaq traktının fəaliyyətinə mənfi təsir göstərir. Həmçinin səhər yeməyindən sonra yox, əvvəl bir stəkan su içmək orqanizm çox faydalıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.