Sağlamlıq

Ac olanda əsəbləşməyin səbəbləri - HƏKİM AÇIQLADI

5 May 2023 21:06
Baxış: 848
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli həkim Ayça Kaya ac olanda hirslənməyin səbəblərini açıqlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, həkim bildirib ki, gün ərzində ac qalmaq sağlamlığa mənfi təsir edir.

Onun sözlərinə görə, daha çox əsəbilik, stress, fokuslanma problemləri və dözümsüzlük kimi problemlər yaşanır:

"Bundan əlavə, istehlak etdiyimiz bir çox qida hormonların iş sürətinə və balansına təsir göstərir. Bədənin düzgün işləməsi üçün doğru qidalara ehtiyacı var. İnsanlar ac olanda qanda şəkərin səviyyəsini normallaşdıran fermentlər və hormonlar ifraz olunmağa davam edir.

Aclığı tarazlaşdıracaq qidalar gün ərzində istehlak edilməsə belə, orqanizm onu sistemə verir. Bu səbəbdən aclığın qaytarılması hər insanda əsəbilik, dözümsüzlük, stress və ya narahatlıq kimi problemlər yaratmır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.