Sağlamlıq

Hansı hallarda qanköçürmə tələb olunur? - CAVAB

25 Aprel 2023 07:57
Baxış: 644
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qanköçürmə (hemotransfuziya) donordan və ya xəstənin özündən alınan qan və ya onun komponentlərinin xəstəyə köçürüldüyü bir prosesdir.

Maraqlıdır, hansı hallarda qanköçürmə tələb olunur?

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, immunoloq Reyhan Tağızadə danışıb.

Onun sözlərinə görə, qanköçürmədən əvvəl mütləq resipientin qan qrupunu və Rh faktorunu təyin etmək lazımdır:

"Qanköçürmə tələb olunan şəxslərə aiddir: onkoloji xəstələr, qan xəstəlikləri olan xəstələr (leykoz, anemiya, bəzi irsi xəstəliklər), orqan transplantasiyası, cərrahi müdaxilələrə, qan damarlarında və ürəkdə əməliyyatlara ehtiyacı olan xəstələr, bədbəxt hadisə nəticəsində zərər çəkmiş, xəsarət almış və ya ağır yanıqlar, qəzada çox qan itirən şəxslər.

Qanköçürmədən əvvəl mütləq resipientin qan qrupunu və Rh faktorunu təyin etmək lazımdır. Şəxsiyyət vəsiqəsində qan qrupu haqqında məlumatlar olsa belə, transfuziyadan əvvəl onu yenidən yoxlamaq lazımdır (birincisi, qan qrupunun əvvəlki təyini səhvini aradan qaldırmaq, ikincisi, qan qrupu antigenlərinin aşkar olunmadığı xəstəliklər var).

Çoxlu qanköçürmə alan xəstələrdə (xərçəng xəstələri, talassemiyalı xəstələr) donor və resipiyentin qanının fərdi uyğunluğu yoxlanılmalıdır. Fərdi uyğunluq testi resipientdə donorun eritrositlərinə qarşı yönəlmiş anticisimlərin olmadığına əmin olmağa və beləliklə, xəstənin qanı ilə uyğun olmayan eritrositlərin köçürülməsinin qarşısını almağa imkan verir.

Bundan əlavə, donor qanının 4 infeksiya üçün yoxlanılması mütləqdir: bunlar hepatit B və C, sifilis və HİV-dir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.