Sağlamlıq

Yuxusuzluğa təsirli olan TERAPİYA

23 Aprel 2023 22:31
Baxış: 783
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Zhejiang" Universitetinin alimləri müəyyən ediblər ki, rəqəmsal koqnitiv-davranışçı terapiya (dCBT-I) yuxusuzluğu olan xəstələrə faydalı təsir göstərir.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu terapiya yuxunun keyfiyyətini tez bir zamanda yaxşılaşdırır. 

Alimlər dCBT-I, dərmanlar və ya kombinasiya ilə müalicə olunan cəmi 4052 xəstənin məlumatlarını yoxlayıblar. Onların yuxu keyfiyyəti "Pittsburgh" İndeksi ilə qiymətləndirilib.

Koqnitiv terapiya ilə müalicə olunan xəstələr ilk üç ay ərzində davamlı və sürətli yaxşılaşma yaşayıblar. Ən yaxşı nəticələr kombinasiya terapiyası alan xəstələr tərəfindən əldə edilib. Bununla belə, dCBT-I-nin təsiri isə üç aylıq müalicədən sonra dəyişib.

"Bu müsbət nəticələr dCBT-I-in yuxunu əhəmiyyətli dərəcədə yaxşılaşdırdığına dair klinik sübut təqdim edir. Altı ay ərzində dCBT-I-nin təsirinin qeyri-sabit uzunömürlülüyünü nəzərə alaraq, praktikada dCBT-I-nin dizaynı, tətbiqi və çatdırılması əlavə araşdırma tələb edir", - müəlliflər yazıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.