Sağlamlıq

Bu, ürəyə çox pis təsir edir! - Kardioloqdan SOS

17 Aprel 2023 23:22
Baxış: 1 944
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kardioloq Faina Lobjanidze yaşlı insanların ürəyinə və damarlarına zərər verən pis vərdişləri açıqlayıb.

Milli.Az xəbər verir ki, həkim bu barədə Gazete.ru-ya danışıb. Həkimin sözlərinə görə, yaşlı insanların səhhətinə zərər vuran əsas amil hərəkətsizlikdir. Odur ki, gün ərzində çox hərəkət etmək lazımdır.

Həkim çoxlu tərəvəz yemək lazım olduğunu da xatırladıb. Eyni zamanda duz qəbulunu azaltmağı məsləhət görür.

"Orta hesabla bir insan gün ərzində təxminən 9 qram duz yeyir, amma 5 qramı keçməməsi tövsiyə olunur. Bu tendensiya təzyiqin artmasına və hipertoniyanın erkən inkişafına kömək edir", - Lobjanidze müsahibəsində deyib.

Həkim həmçinin problemləri ürəyinizə salmamağı və xırda şeylərə görə narahat olmamağı da tövsiyə edib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.