Sağlamlıq

Koronavirusa yoluxanların yaddaşı niyə pozulur?

13 Aprel 2023 23:17
Baxış: 1 043
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

COVID-19-dan sonra yaddaş itkisinin səbəbi müəyyən edildi.

Milli.Az xəbər verir ki, Rio-de-Janeyro Federal Universitetinin (UFRJ) mütəxəssisləri COVID-19-dan sonra yaddaş itkisinin səbəbini müəyyən ediblər. Araşdırmanın nəticələri "Cell Reports" jurnalında dərc olunub.

Məlumdur ki, koronavirus infeksiyasına yoluxmuş bir çox insanlarda post-covid sindromu inkişaf edir, bu sindromda digər təzahürlərlə yanaşı, idrak qabiliyyətinin və yaddaşın pozulması da fərqlənir.

Artıq bu simptomun arxasında duran mexanizmləri öyrənmək mümkündür. Belə ki, koronavirusun ana hüceyrəyə daxil olmasına imkan verən zəhərli SARS-CoV-2 sünbül zülalı laboratoriya siçanlarının beyninə yeridilib. Nəticədə siçanlarda yaddaşla bağlı problemlər yaranıb.

Üstəlik, bu proses təkcə siçanlarda deyil, insanlarda da müşahidə olunub.

Müəlliflər sünbül zülalının COVID-19-dan sonra koqnitiv dəyişikliklərin inkişafında əsas rol oynadığını vurğulayırlar.

Qeyd edək ki, 2023-cü ilin mart ayında ABŞ-ın Dartmut Kollecinin əməkdaşları COVID-19-un üz tanıma və naviqasiya ilə bağlı çətinliklərə səbəb ola biləcəyini aşkar ediblər. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.