Sağlamlıq

DİQQƏT! Uşaqlar arasında virus yayıldı - PEDİATR AÇIQLADI

9 Aprel 2023 20:26
Baxış: 1 091
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son zamanlar uşaqlar arasında müxtəlif növ xəstəliklər yayılıb. 

Maraqlıdır görəsən, uşaqları bu virusdan necə qorumaq lazımdır?

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı pediatr Elşən Tağıyev lent.az-a açıqlamasında bildirib ki, son zamanlar uşaqlar arasında yayılan xəstəlik rotavirus infeksiyasıdır.

Onun sözlərinə görə, bu virus infeksiyası çox zaman yüksək hərarətlə başlayır, sonra qusma halları baş verir, ishalla davam edir:

"Uşaqlar rotavirus infeksiyasına bir neçə dəfə yoluxa bilirlər. İlk yoluxma ağır keçir. Sonrakı yoluxmalar isə daha yüngül keçir. Üçüncü və dördüncü yoluxmadan sonra isə uşaqlarda ömürlük immunitet yaranır. Uşaq qusma və ishal zamanı maye itirir. Rotavirus infeksiyası zamanı əsas müalicə hərarəti nəzarətə götürmək və orqanizmin itirdiyi mayeni geri qaytarmaqdır. Qeyd edim ki, uşaqlar bu infeksiyaya qarşı rotavirus peyvəndi olunmalıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.