Sağlamlıq

Qulağı kəskin ağrıdı: Az sonra öldü

14 Mart 2023 22:55
Baxış: 1 535
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-da 13 yaşlı Culiya Çaves şiddətli qulaq ağrısından bir neçə saat sonra vəfat edib.

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, fevralın ortalarında qız özünü pis hiss edib, şiddətli baş ağrısı və qulağındakı ağrılardan şikayətlənib. Valideynləri onu dərhal xəstəxanaya aparıblar. Həkimlər uşağa antibiotik yazıb evə göndəriblər.

Fevralın 12-də qız evdə huşunu itirib, xəstəxanaya aparılıb. Bu dəfə o, daha ətraflı müayinəyə göndərilib. Tezliklə həkimlər ona leykemiya diaqnozu qoyublar. Bundan 12 saat sonra Culiya Çaves ölüb. Ekspertiza onun beynində, mədəsində və ağ ciyərində qanaxma olduğunu göstərib.

Leykemiyanın əlamətləri: solğunluq, yorğunluq, tez-tez və ağır göyərmələr, nəfəs darlığı, başgicəllənmə, ürək döyüntüsünün artması, qızdırma, boğaz ağrısı, diş ətlərinin qanaxması, burun qanamaları, dəridə qan ləkələri və ya səpgilər (petexiya adlanır), səbəbsiz çəki itkisi, bulanıq görmə.

Culiyanın atası Dennis Li Çaves qızının vaxtaşırı başında və qulaqlarında ağrılar olduğunu, bədənində tez-tez qançırlar əmələ gəldiyini deyib.

"O, qançır olanda necə əmələ gəldiyini soruşduq. O, çiyinlərini çəkərək "bilmirəm" dedi", - atası bildirib.

Culiyanın anası əlavə edib ki, qızının sağlamlığı həmişə yaxşı olub və heç vaxt burun axmasından daha ciddi bir şeylə xəstələnməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.