Sağlamlıq

İçki çox içən kişilərin döşü böyüyür – XƏBƏRDARLIQ

14 Mart 2023 08:49
Baxış: 1 333
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Həkim endokrinoloq, Moskva Elmi və Təhsil Mərkəzi, Moskva Dövlət Universiteti M. V. Lomonosov, tibb elmləri namizədi Zuxra Pavlova bildirib ki, spirtli içkilərə aludəçilik kişilərin orqanizmində testosteronun səviyyəsinə təsir edir.

Milli.Az "Medicina"ya istinadən xəbərinə görə, həkim qeyd etdi ki, müntəzəm alkaqol qəbulu və ya sui- istifadə hormonal dəyişikliklərə səbəb olur. Bu da kişilərin görünüşündə "qadın" xüsusiyyətləri, o cümlədən döş böyüməsi və xüsusi yağ çökməsinin meydana gəlməsinə səbəb olur. Beləliklə, sərxoşluğa meylli kişilərin döşləri həqiqətən artırır.

Belə bir transformasiya aromataza fermentinin təsiri ilə baş verirş Nəticədə daha intensiv istehsal olunur və alkoqoldan sui-istifadə fonunda daha aktiv olur.

Bütün alkoqollu məhsullar kişi hormonu testosteronunu qadın hormonu estradiola çevirən fermentin fəaliyyətini artırır.

Pavlova əlavə edib ki, müntəzəm olaraq pivə içmək kişi orqanizminin hormonal balansına güclü təsir göstərir. Lakin bu içkini içənlər tez bir zamanda böyük döş, qarın və bel əldə etmək riski ilə üzləşirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.