Virusun biri bitir, digəri başlayır. Mövsümi qriplər, koronavirus və ona bənzər respirator viruslar uşaqlar arasında daha çox yayılıb. Bəs immuniteti qaldırmaq üçün nə edə bilərik? İnsanlar arasında zəncəfil-limon-bal qarışımı məşhurdur, lakin burada dozanı aşmamaq gərərkdir. Görkəmli şairimiz Nizami Gəncəvinin dediyi kimi, bir inci saflığı varsa da suda, artıq içiləndə dərd erir su da.
Milli.Az big.az-a istinadən bildirir ki, həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlu qonaq olduğu verilişlərin birində insanlara immuniteti qaldıran təbii məcunun düzgün reseptini açıqlayıb.
O vurğulayıb ki, mədəsində xora olan insanlarda həddən artıq limon və bal qanaxmaya səbəb ola bilər.
Zəncəfilin miqdarı 20 qramı aşmamalıdır. Zənəfilin şirəsi (yaxud tozu) cökə balı və 0,5 çay qaşığı limon suyu ilə qarışdırılıb gün ərzində bir dəfə içilə bilər. Mədə problemi, qıcqırma, turşuluq varsa, yeməkdən iki saat sonra qəbul edilməlidir.
Həkim digər bir resepti də izləyicilərlə paylaşıb. Onun sözlərinə görə, sarıkök, zəncəfil, zəfəranın hərəsindən bir çimdik götürüb, 100 ml ilıq suda həll edərək gündə bir dəfə içmək faydalıdır. Bu, qanı durulaşdıracaq, immuniteti artıracaq, qan dövranını yaxşılaşdıracaq, baş-əzələ ağrılarını aradan qaldıracaq.
Milli.Az