Sağlamlıq

Alimlər ürək çatışmazlığı ilə mübarizə yolunu kəşf etdilər

6 Mart 2022 23:05
0 Şərh     Baxış: 2 080
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bristol Universitetinin alimləri ürəyin qan damarlarını bərpa etməyin yolunu tapıblar.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Böyük Britaniyanın Bristol Universitetinin alimləri ürək çatışmazlığı nəticəsində zədələnmiş ürək damarlarını bərpa etməyin üsulunu kəşf ediblər. Bu barədə təhsil ocağının saytında bildirilir.

Ürəyin zədələnməsinin necə əmələ gəldiyini anlamaq üçün 1-ci və 2-ci tip diabetli siçanlar üzərində araşdırma aparılıb. Mütəxəssislər qan damarlarında gelə bənzər təbəqə olan qlikokaliksi tədqiq ediblər. Məlum olub ki, ürəyin kiçik damarlarında bu struktur ilk növbədə müxtəlif xəstəliklər zamanı zədələnir. Tədqiqatçıların fikrincə, zədələnmə ürəyin divarlarında mayenin hərəkətinin artması ilə əlaqələndirilir ki, bu da ödemin və ürək əzələsinin sərtliyinin artmasına səbəb olur. Nəticədə ürək döyüntüləri arasında düzgün fasilə olmur və bədənə qan "vura" bilmir. Qlikokaliks funksiyasını bərpa etmək üçün elm adamları diabetli gəmiricilərə angiopoietin-1 kimi tanınan bir maddə veriblər. 3 saatdan sonra bu təbəqənin qalınlaşdığını aşkar ediblər. Ultrasəslər göstərib ki, siçanların ürəklərinin döyüntüləri arasında fasilə qabiliyyəti də yaxşılaşıb. 

Britaniyalı mütəxəssislərin fikrincə, bu kəşf ürək çatışmazlığının yaranmasının səbəbini anlamağa kömək edəcək. Alimlər hesab edir ki, insanlar üzərində də aparılacaq tədqiqatlar diabetik ürək çatışmazlığı olan xəstələr üçün yeni müalicə üsullarının inkişafına kömək edə bilər. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory