Sağlamlıq

Sağaltmaq əvəzinə xəstələndirən dərmanlar

24 Fevral 2022 13:06
0 Şərh     Baxış: 1 159
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İnsanlar antibiotik qəbul edərkən bir sıra səhvlərə yol verirlər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyada "Hemotest" laboratoriyasının baş həkimi Olqa Dextyareva xəbərdarlıq edib.

Onun sözlərinə görə, əksər hallarda insanlar dərmanın təyinatını düzgün başa düşmürlər və bu fəsadlarla nəticələnir.

"Antibiotiklər bakteriyaların yaratdığı infeksiyanı müalicəsi üçündür. Viruslara isə ayrıca dərmanlar sinfi var - antiviral. Ev şəraitində bir infeksiya növünü digərindən etibarlı şəkildə ayırmaq mümkün deyil", - deyə həkim bildirib.

O, antibiotiklərin təhlükəsizliyi ilə bağlı miflərə inanmamağa çağırıb.

"Baxmayaraq ki, bu sinifdən olan dərmanların əksəriyyətinin qəbulu çox qısa müddətlik - cəmi bir neçə günlükdür, bununla belə antibiotiklər mikrofloranı korlayır. Burdan isə üçüncü səhv yaranır - antibiotiklərin qəbulunu probiyotiklərlə müşayiət etməmək, hansı ki, disbakterioz və digər həzm pozğunluqlarının qarşısını almağa kömək edir", - deyə ekspert vurğulayıb.

Dextyareva həmçinin preparatların qəbulu qaydalarına diqqət etməyə, doza və vaxt intervalına ciddi riayət etməyə çağırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.