Sağlamlıq

Göyərçin ətini yemək olarmı? - Faydaları, zərərləri

25 Mart 2022 22:55
0 Şərh     Baxış: 2 006
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Göyərçin əti qədimdən delikates hesab olunub, daha çox şah, kralların süfrəsində olub.

Lakin sonradan evlərdə, şəhərlərdə insanların saxladığı və sülh quşu rəmzi hesab edildiyi üçün onu kəsib bişirmək qadağan olunub. Amma qidada və kulinariyada daha çox çöl göyərçini ovlanıb istifadə olunur.

Göyərçin əti qidaya uyğundur, toyuq və bildirçin ətinin dadını verir. Çox zərif, qənri bir qədər tünd və göyümtül. Çəkisi 800 qramı keçmir.
Bişirmək üçün 1-2 aylıq quşlar uyğundur, çox uçan göyərçinlərin əzələ kütləsi bərkiyir.

Milli.Az göyərçin ətinin faydalarını təqdim edir.

Ətin tərkibinə xolin, A, B, C, PP vitaminləri, kaliy, maqniy, sink, selen, marqans, kobalt, dəmir, fosdor daxildir.

Bu ətin zülalı insan orqanizmi tərəfindən tam və rahat mənimsənilir.

Qədimdə ağır xəstələr, yataq xəstələri və həyat enerjisini itirən xəstələrinə göyərçin bulyonu bişirib verərdilər.

Göyərçin əti immunitet üçün faydalıdır, kalorisi az olduğu üçün piylənməyə səbəb olmur, ürək və damarları təmiz saxlayır.

Uşaq və yaşlıların qida rasionu üçün uyğundur.

Göyərçin ətini kabab etmək, qızartmaq, bulyon bişirmək, tərəvəzlərlə bişirmək olar. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.