Sağlamlıq

Ürək, baş, ayaqda damarların tutulduğunu göstərən 3 ƏLAMƏT

21 Fevral 2022 22:55
0 Şərh     Baxış: 2 944
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ateroskleroz - damar tıxanması günümüzün ən amansız xəstəliyidir. İnfarkt, insult məhz bu səbəbdən yaranır.

Milli.Az xəbər verir ki, rusiyalı kardioloq Jevaqina bildirib ki, qanda yüksək xolesterolun olması damar aterosklerozunun başlandığını göstərən analizdir.

O, aterosklerozun 3 əsas əlamətini də açıqlayıb.

- Əgər ürək damarları tıxanıbsa və aterosklerotik tıxaclar varsa, xəstə sinəsində ağırlıq, ağrı, bəzən hava çatışmazlığı, təngnəfəslik, hərəkət zamanı yanma hiss edir.

- Əgər baş beyin damarların tutulma ocağı varsa, xəstədə diqqət yayqınlığı, görmədə problem, dumanlı görmə, yerişdə səntirləmə, yaddaş pozuntusu şikayətləri olur.

- Ayaq damarları tutulduqda, xəstə gəzərkən yorulur, ayaqlarında zoqquldayıcı ağrı, yanma hissi olur, pəncə və barmaqlar soyuq, göyərmiş olur

Hər 3 orqanda damarların yoxlanması və analizlərlə diaqnoz qoymaq mümkündür.

Kişilər 35 yaşdan sonra, qadınlar 45 yaşdan sonra damarlarını daim diqqətdə saxlasın. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.