"Uşağın qızdırması 3-5 gündən daha çox çəkərsə..."
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son günlər azyaşlılar arasında yayılan xəstəliklərlə əlaqədar xəstəxanalara müraciətlərin sayı artıb. Uşaqlar arasında əsasən qızdırma halları müşahidə olunur.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-pediatr Əkbər Quliyev bununla əlaqədar deyib: "Qızdırma, burun axıntısı, boğaz ağrısı və halsızlıq şikayətləri ilə müraciət edənlərin sayı artıb. Qış mövsümündə havaların soyuması ilə əlaqədar həmin hallara hər il rast gəlinir. Bu il də bağçalar və məktəblər açılandan sonra həmin müraciətlər daha da çoxalıb".
Uşaqlar arasında mövsümü xəstəliklərə hər zaman rast gəlinsə də, yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə qeydə alınan artım narahatlıq doğurur. Virusa əsasən 2-12 yaş arasında bağça və məktəbə gedən azyaşlılar yoluxur. Xəstəlikdən sağalma müddəti isə müxtəlifdir. Bəzi uşaqlar 2-3 günə, bəziləri isə daha gec sağalır.
"İlk üç gündə qızdırmanı aşağı salmağa çalışır, burunu təmizləyir, sonra şikayətə əsasən müalicə tətbiq edirik. Uşağın qızdırması 3-5 gündən daha çox çəkərsə, mütləq həkimə müraciət edib müayinə olunmaq lazımdır. Son zamanlar həmin halın mutasiya olunan virus olunduğu barədə şayiələr yayılıb. Pandemiya dövründə yaşadığımıza görə COVID-dən şübhələnmək də lazımdır. Ən azı xəstəliyin qrip virusu, influenza və ya COVID olduğunu ayırd etmək lazımdır",- deyə həkim-pediatr bildirib.
Bundan əlavə qızdırması olanları çox qalın geyindirmək olmaz. Valideynlərin uşaqları tərlədərək sağaltmaq metodu həkimlər tərəfindən tövsiyə olunmur. Bu, vəziyyətin bir qədər də ağırlaşmasına aparıb çıxara bilər. Gigiyenik qaydalara və sosial məsafəyə əməl etməklə də onların sağlamlıq qayğısına qalmaq mümkündür.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kosmetik məhsulları seçərkən nəyə diqqət etməliyik?
-
Kartofun ziyanı da varmış...
-
Soğanın faydaları: Hər gün istifadə etməyiniz üçün 7 vacib səbəb
-
40 yaşdan sonra həyatınızı xilas edəcək dörd tibbi test
-
Diş minasını zədələməmək üçün bunları edin
-
Bakıda yayıldığı iddia olunan qulaqdibi xəstəliyi ilə bağlı rəsmi açıqlama
XƏBƏR LENTİ
-
Bu 5 ifadə manipulyasiya edildiyinizə işarədir
-
Şarliz Terron oğlu ilə (Foto)
-
Dünyanın ən çox ziyarət edilən 4 ölkəsi
-
Aşpazlar badımcanı qızartmazdan əvvəl bunu edir: Acılıq yox olur
-
Dünyanın ən xoşbəxt insanı: Xoşbəxtliyin sirri bu 2 sözdə gizlidir
-
Ayaz Qasımov 10 kiloqram arıqladı (Video)
-
Quzu əti niyə fərqli qiymətlərə satılır? (Video)
-
Birinci kurs tələbəsi dünyasını dəyişdi
-
Zelenski azərbaycanəsilli məmuru vəzifəsindən azad etdi
-
İsti havalarda pomidorları tərs çevirin: Mütəxəssislərdən çağırış
-
Biləsuvarda zəncirvari qəza - bir nəfər ölüb
-
"Qarabağ"ın potensial rəqibi müəyyənləşib
-
Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub
-
Ayanın İstanbuldakı evi (Video)
-
Günün qoroskopu: Özünüzə qarşı anlayışlı olmağı öyrənin
-
David Nuriyev narkotik təbliğatına görə cərimələndi
-
“Zirə”nin rəqibi bəlli oldu
-
Bəzi ərazilərdə qaz kəsiləcək
-
Zelenski Hakan Fidanı ordenlə təltif edib (Foto)
-
“Ata-anam deyirdi hamı döyülə-döyülə arvad olur” - 14 il şiddət görən qadın (Video)
-
“Qarabağ” “Vestri”yə qarşı - Start heyətlər
-
Macarıstanda Siyarto barədə araşdırma aparılır
-
CENTCOM: ABŞ İrana yeni zərbələr endirib
-
Bakının 4 rayonunda işıq olmayacaq





