Bu 5 ifadə manipulyasiya edildiyinizə işarədir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Psixoloq Deniz Milk ikitərəfli münasibətlərdə və iş həyatında ən çox istifadə olunan 5 manipulyativ ifadəni açıqlayıb. İlk baxışda günahsız görünən, lakin insanda günahkarlıq və şübhə hissi oyadan bu cümlələr, zamanla şəxsin öz reallıq qavrayışını itirməsinə səbəb olur.
Milli.Az xəbər verir ki, manipulyasiya ailədaxili münasibətlərdən iş mühitinə qədər həyatın hər sahəsində qarşımıza çıxa bilər. Üstəlik, manipulyasiyaya məruz qalan insanlar çox vaxt bu psixoloji təzyiqi hiss etmirlər. Bunun əsas səbəbi manipulyativ davranışların gündəlik həyatda son dərəcə sıradan və zərərsiz görünən cümlələrin arxasında gizlədilməsidir. Psixoloq Deniz Milk bildirir ki, bu ifadələr birbaşa insanın emosional dünyasını hədəf alır və zamanla özünəinamın itirilməsinə, qərar vermə azadlığının məhdudlaşdırılmasına yol açır.
Diqqət etməli olduğunuz 5 manipulyativ cümlə:
"Sənin üçün etdiyim o qədər şeydən sonra mənə "yox" deyəcəksən?"
Bu cümlə qarşı tərəfdə birbaşa günahkarlıq hissi oyatmağı hədəfləyir. Keçmişdə edilən yaxşılıqları bir borc kimi istifadə edərək, insanı istəmədiyi bir şeyi etməyə məcbur etmək taktikasıdır.
"Şirkətə həqiqətən bağlı olsaydın, bunu edərdin."
Xüsusilə peşəkar iş həyatında tez-tez istifadə olunan bu ifadə, işçilərin sadiqlik və məsuliyyət hisslərini istismar edir. Sərhədləri aşan tələbləri qəbul etdirmək üçün istifadə olunur.
"Sən səhv başa düşürsən, hadisələr heç də belə baş verməyib."
Psixologiyada "gaslighting" (reallığı təhrif etmə) adlanan bu üsul, qurbanın öz yaddaşından, qavrayışından və zehni sağlamlığından şübhələnməsinə səbəb olur. Reallıq qavrayışını təhrif edərək insanı müdafiəsiz qoyur.
"Buradakı hamı bunu belə başa düşür, çətinlik çıxaran tək sənsən."
Bu, insanı tənhalaşdırmaq və qrupdan kənarlaşdırmaq hədəsidir. "Sürü psixologiyası" yaradaraq qurbanın öz doğrusundan imtina etməsini və çoxluğa boyun əyməsini təmin edir.
"Bunu daha da irəli aparsan, bütün komandaya zərər verəcəksən."
Fərdi hüquqların müdafiəsinin qarşısını almaq üçün istifadə olunan kollektiv bir hədə cümləsidir. Məsuliyyəti tamamilə qurbanın üzərinə yıxaraq, onun geri addım atmasını hədəfləyir.
Niyə manipulyasiya edildiyimizi gec anlayırıq?
Psixoloq Deniz Milk manipulyasiyanın aşkarlanmasının uzun vaxt aparmasını iki əsas səbəblə izah edir:
Manipulyativ davranışlar münasibətə bir anda daxil olmur. Dozası yavaş-yavaş artırıldığı üçün qurban vəziyyətin ağırlığını dərhal anlaya bilmir.
İnsan qarşısındakı şəxslə emosional və ya peşəkar bağ qurduqda, münasibətini qorumaq üçün xəbərdaredici siqnallara göz yumur və ya onları müsbət tərəfə yozmağa çalışır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Wi-Fi siqnalını alüminium folqa ilə gücləndirmək mümkündür? - Araşdırma
-
Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın
-
Payız-qış mövsümündə dəbdə olacaq gödəkçələr
-
Psixoloq təkrarlanan pis yuxulardan qurtulmağın yollarını açıqladı
-
Kökəlmək istəyənlər oxusun
-
Üzünüzə gülən hər kəs dost deyil: Gizli düşmənçiliyi büruzə verən 7 davranış
XƏBƏR LENTİ
-
Misir Səudiyyə Ərəbistanına yardım edəcək
-
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi
-
Boksçularımız dünya çempionatında mübarizəyə başlayırlar
-
İstanbulda itkin düşən Türkmənistan vətəndaşının meyiti tapıldı
-
Hindistanda yük maşını ibadət yerinə girdi - Çoxlu sayda ölən var
-
Ukrayna Rusiya ordusunun hərbi obyektlərini vurdu
-
Belarus Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
-
Azərbaycanda sarı və narıncı xəbərdarlıq verildi
-
“Sabah” - “Borussiya” oyununu bu hakim idarə edəcək
-
İranın yeni müdafiə naziri seçildi
-
İran ABŞ-a çata bilən raketlər hazırlayır
-
TDT Baş katibindən Azərbaycana təbrik
-
Ayın 19-da güclü külək olacaq - Proqnoz
-
Lökbatanda anbarda yanğın baş verib
-
Qara dənizdə yük gəmisi vuruldu
-
Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Salyanda ağır qəza - Xəsarət alanlar var
-
“Uzak şehir”də rol alacaq
-
"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı
-
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürdü
-
Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib - (Foto)
-
Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb
-
“Qəlbimizdə yaşayanlar”: III Beynəlxalq Fidan Hacıyeva Opera Festivalı çərçivəsində duyğulu konsert keçirilib - (Foto)
-
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir





