“Ata-anam deyirdi hamı döyülə-döyülə arvad olur” - 14 il şiddət görən qadın (Video)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İki gün öncə həyat yoldaşı tərəfindən şiddətə məruz qaldığı üçün uşaqları ilə birlikdə sığınacağa yerləşdirilən qadın başına gələnlərdən danışıb.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, onun sözlərinə görə, özündən böyük olan həyat yoldaşı ilə 20 yaşında olarkən ailələri tanış edib və onlar 14 gün ərzində evləniblər.
O, bildirib ki, elə ilk vaxtlardan şiddətə məruz qalıb:
"Atam, anam hər dəfə deyirdi ki, hamı döyülə-döyülə arvad olur. Hamının evində söz-söhbət olur, qayıt barış. Özüm də uşaqlarım yazıqdır, atasız qalmasınlar deyə barışmışam. Adi uşaq səs salanda, pulsuzluq üstündə, evdə nəsə çatmayanda, ya da işə getməyimin üstündə məni döyürdü".
Üç oğul anası olan Turanə deyir ki, indi bədənində ağır xəsarətlər var, bir gözü isə görmür. Adətən həyat yoldaşı onu döyməyə başlayanda, ta uşaqları gəlib aralayana qədər dayanmırmış.
Onun sözlərinə görə, həyat yoldaşından ayrılmaq istəyib ata evinə gedəndə valideynləri onu ancaq uşaqsız qəbul edə biləcəklərini deyiblər. Elə buna görə də o, 14 il fiziki və psixoloji zorakılığa dözməyə məcbur qalıb.
"Ata-anam dedi ki, özün gəl, onu da, uşaqlarını da istəmirik. Ona görə ki, o, atamın, anamın üstünə dəfələrlə balta ilə gedib. Balalarım üçün çəkmədiyim zülm qalmayıb", - deyə o əlavə edib.
Daha ətraflı "Xəzər TV"nin süjetində:
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Biləsuvarda zəncirvari qəza - bir nəfər ölüb
-
Ayanın İstanbuldakı evi (Video)
-
Günün qoroskopu: Özünüzə qarşı anlayışlı olmağı öyrənin
-
David Nuriyev narkotik təbliğatına görə cərimələndi
-
“Zirə”nin rəqibi bəlli oldu
-
Bəzi ərazilərdə qaz kəsiləcək
-
Zelenski Hakan Fidanı ordenlə təltif edib (Foto)
-
“Ata-anam deyirdi hamı döyülə-döyülə arvad olur” - 14 il şiddət görən qadın (Video)
-
“Qarabağ” “Vestri”yə qarşı - Start heyətlər
-
Macarıstanda Siyarto barədə araşdırma aparılır
-
CENTCOM: ABŞ İrana yeni zərbələr endirib
-
Bakının 4 rayonunda işıq olmayacaq
-
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
-
İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı
-
"Zirə" növbəti mərhələyə yüksəldi (Video)
-
Xankəndidə güclü yanğın başladı
-
Elvin Məmmədxanova vəzifə verildi
-
Qaqik Sarukyanın şirkəti dövlətin idarəçiliyinə keçib
-
FIFA Argentinanı cəzalandırmayacaq
-
Odessa yaxınlığında həlak olan gəmi kapitanının nəşi tapılıb
-
Pərvin Lətifovun anası faciəvi şəkildə vəfat etdi
-
Halukla bağlı 2 qadından qalmaqallı açıqlama
-
Xameneinin dəfn olunduğu məqbərədə yanğın oldu (Video)
-
Tərtərdəki qəzada ölənlər ər-arvad imiş - (Foto)





